Veb-kameralarla şəxsi təhlükəsizliyi necə təmin etmək olar?

26-11-2015 / 11:00

Bir çox kompüterin quraşdırılmış və ya əlavə veb-kamerası mövcuddur.

Xeberler.az bu kameralardan istifadə edərək  təhlükəsizlik-müşahidə sistemini quraşdırmağın yollarını göstərəcək.

Belə ki, öz əmlakınızı, ev heyvanlarınızı izləmək arzusundasınızsa, sizin üçün lazım olan kompüterinizdə quraşdırılmış və ya əlavə veb-kameradır.

Veb-kameranız və kompüteriniz hazır vəziyətdədirsə,  bu zaman sizə  proqram lazım olacaq.  İnternetdə rahatlıqla bu cür proqramları həm ödənişli, həm də ödənişsiz əldə edə bilərsiniz. Bunlardan populyarları SightHound, SecureCam, Xeoma kimi proqramlardır.

Lazım olan proqramı kompüterə yüklədikdən sonra quraşdırma prosesi başlayır. Quraşdırma prosesində qoşulmuş kameralar göstəriləcək və onlarla bağlı tənzimləmələr həyata keçirəcəksiniz. Burada onların görüş bucağını təyin edə, çəkilən video materialın formatını, ölçüləri müəyyənləşdirə, səs yazmanı aktiv və ya deaktiv edə bilərsiniz (əgər proqram bunu dəstəkləyirsə). Bu quraşdırmaları edərkən əsas diqqət etməli olduğunuz məqam, görüntülərin yazılmasını “motion detection”(hərəkət aşkarlama) prinsipi ilə qurmağınızdır. Yəni, sizin kameranız yalnız hər hansısa hərəkətin baş verdiyini gördükdə bunu video kimi yaddaşa yazacaq. Əgər bu seçimi aktivləşdirməsəniz, daimi vəziyyətdə işləyən kameralar tezliklə sizin kompüterinizin yaddaşının faydasız videolarla dolmasına səbəb olacaq. Veb-kameraları elə yerlərə quraşdırmaq lazımdır ki, orada adi vəziyyətdə hərəkətlilik olmasın. Məsələn, əgər pəncərədən ağaclar görürnürsə, o ağaclar hər dəfə tərpəndikcə kamera bunu hərəkətin aşkarlanması kimi qəbul edib qeyd edəcək.

Həmçinin bir çox proqram ödənişli və ya ödənişsiz əsaslarla hərəkət aşkarlardıqda bunu SMS, e-poçt kimi vasitələrlə xəbər edir, şəkil göndərir və hətta FTP server və ya YouTube kimi vasitələrlə video görüntünü sizə göndərir. Əlbəttə bunun üçün daimi internetə qoşulu olmağınız vacibdir.

Veb-kameradan təhlükəsizlik-müşahidə kamerası kimi istifadə ilə bağlı ən böyük problem kompüteri daim işlək vəziyətdə saxlamaq məcburiyyətində olmağınızdır. Bu, kompüterinizin istifadə ömrünün azalmasına səbəb olacaq. Digər bir problem budur ki, əgər quraşdırılmış veb-kameradan istifadə edirsinizə, ola bilsin ki, kompüteri lazımi yerə quraşdırmaq mümkün olmasın və ya əlavə veb-kameranı lazımi yerə quraşdırmaq üçün əlavə uzadıcı kabellərdən istifadə zərurəti yaransın. 

 Digər bir məqam isə veb-kameraların əksəriyyətinin qaranlıqda işləyə bilməməsidir. Onların nəzarət etdiyi ərazinin daim işıqlandırılması vacibdir.

Evdə, həyətinizdə böyük xərc çəkmədən təhlükəsizlik-müşahidə sistemi quşardırmağın digər bir variantı isə İP kameralarıdır. Buradakı İP, bir çoxlarının tanış olduğu kimi internet protokolu mənasına gəlir, yəni bu kameralar özləri Wi-Fi şəbəkə ilə internetə qoşulur.

Bu da həmçinin o deməkdir ki, siz bu kameraların işinə evdən uzaqda olarkən smartfon, planşet, kompüterlə nəzarət edə bilərsiniz. Əlbəttə, yuxarıda sadaladığımız proqramlardan istifadə edərək burada da hərəkətin aşkarlandığı halda video yazılmasını həyata keçirə bilərsiniz. Lakin bir çox İP kamera  yaddaş kartı qəbul edir ki, bu da sizin kompüterinizi işlək vəziyətdə saxlamaq məcburiyyətindən xilas edir.

Bu kameralar həmçinin qaranlıqda, gecə çəkilişlərin aşağı keyfiyyətli olsa da, həminki görüntü əks etdirə bilir. Həmçinin bəzi modelləri müxtəlif hava şəraitlərinə uyğun olduğundan evinizin həyətində də istifadə edilə bilər.

Qiymətləri təxminən 70-80 manatdan başlayan bu kameraların işləməsi üçün lazım olan tək şey elektrik və Wi-Fi şəbəkəsidir. 

 

Murad Məmmədzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.