Vektor Bakı Xəritə axtarış sistemində regionlarla bağlı məlumatlar da olacaq

02-07-2015 / 11:02

“Köhnə və ya təzə ünvanı qeyd edərək xəritədə həmin ünvanın yerini müəyyənləşdirmək mümkün olacaq”.

Vektor Baku hazırda Azərbaycanda fəaliyyət göstərən Bakı üzrə ən geniş və dolğun informasiya bazasına malik məlumat portallarından biridir. 

2014-cü il dekabr ayının 22-də fəaliyyətə başlayan Vektor Baku hazırda 20000-ə qədər kampaniyanın məlumat bazasına malikdir.

İnteraktiv və 3D ilə çəkilmiş xəritədə Bakının istənilən yerində, mərkəz yaxud kəndlərində olan bir sıra ticarət obyektlərini, yaşayış binalarınının yerini axtarmaq və ətraflı informasiya əldə etmək mümkündür.

Bu xidmətlərdən offlayn rejimdə yararlanmaq üçün Vektor Baku-nun Windows, Linux, MacOs sistemləri üçün hazırladığı  proqramlardan istifadə edə bilərsiniz.

Bundan əlavə mobil telefon və planşetlər üçün Vektor Baku-nun Android, İOS, Windows Phone platformalı tətbiqlərindən istifadə edə bilərsiniz.

Həmçinin siz xəritəyə və məlumat bazasına onlayn formada http://baku.vmp.az/ saytından da baxa bilərsiniz. Vektor Baku-da yerləşən məlumat bazası tamamilə özünə məxsusdur.

Vektor Baku-nun direktoru Ələskər Vəliyev Xeberler.az-a bildirib ki, portal heç bir xəritədən və ya icra orqanlarından məlumat almadan hazırlanıb.
O  bildirib ki, məlumat bazasının dəqiqliyi 95 faizdir və hər 3 aydan bir məlumatlar yoxlanılır. Əgər hər hansı bir ünvan dəyişikliyi aşkar edilərsə, qısa müddət ərzində portalda və proqramlarda da dəyişikliklər aparılır.

Ələskər Vəliyev onu da qeyd etdi ki, məlumat bazası bir həftədən bir yenilənir. Vektor Baku hər hansı bir şirkətin, obyektin və ya küçənin ünvan dəyişikliklərini öyrənmək üçün xüsusi piyada menecerlərdən istifadə edir. Menecerlər dəyişiklik aşkar etdikdə onu qeydə alır, proqramlarda və saytda dəyişiklik edirlər.

Vektor Baku-nun direktoru Ələskər Vəliyevin Xeberler.az-a onu da qeyd edib ki, tezliklə yeni sistem yaradılacaq və bu sistem vasitəsi ilə axtarışda köhnə ünvanı və ya təzə ünvanı qeyd edərək xəritədə həmin ünvanın yerini müəyyənləşdirmək mümkün olacaq.

Bakının xəritəsindən əlavə Sumqayıt şəhərinin xəritəsi də tezliklə tam istifadəyə veriləcək. Gələcəkdə Gəncənin və başqa regionların ardıcıl şəkildə xəritələrinin istifadəyə verilməsi nəzərdə tutulub.

 

Ağasəf Haqverdiyev

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə