Verbatim-dən 640 Gb-lıq xarici sabit disk

14-12-2009 / 19:52

Verbatim ölçüləri, tutumu və qiymətiylə diqqət çəkən yeni xarici sabit diskini bazara çıxardı. Verbatimin 2.5 formatındakı gümüş rəngli yeni xarici sabit diskin ağırlığı 157 qram və ölçüləri 135 x 85 x 21 mm-dir.

640GB tutuma sahib olan məhsul ilə təxminən 1.280 ədəd film, 160.000 ədəd mahnı və ya 290.000 ədəd fotoşəkili yanınızda daşıya bilərsiniz. 5400 RPM-lik xarici sabit disk güc qaynağı təmin edərək başqa heç bir xarici güc paketi tələb etməyən USB portun köməyi ilə təxminən 480 Mbit/sn köçürmə sürətinə malikdir.

Bundan əlavə, məhsulun paketində etibarlı və nizamlı məlumat saxlamaq üçün “Nero BackItUp 4 Essentials” proqramı var. Xarici sabit diskin qiyməti təxminən 110 AZN-dir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə