Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017 / 13:06

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb.

Bu barədə Xeberler.az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, bu xidmətlər fiziki şəxslərin (fərdi sahibkarların) və hüquqi şəxslərin onlayn qeydiyyatı, vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması və bərpası, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması, NKA-nın və POS-terminalların onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması, vergi bəyannamələrinin elektron şəkildə təqdim olunması, vergilərin elektron formada ödənilməsi və s. istiqamətləri əhatə edir.

Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərində: qeydiyyatdan bəyannamələrin təqdim edilməsinə, vergi ödənişlərindən vergi nəzarəti prosesinədək tam şəkildə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər görülüb.

Məlumata görə, 2011-ci ildən eti­barən fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının, 2012-ci ildən isə yerli in­vestisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılmasına baş­lanılıb.

Bu, ölkəmizdə elektron imzadan istifadə edilməklə vətəndaş cəmiyyətinə və biz­nes aləminə düvlət qurumları tərəfindən təqdim olunan ilk elektron xidmət olub.

2012-ci ilin aprel ayından “Vergi və rüsumların internet vasitəsilə ödənilməsi” e-xid­mə­tinin tətbiqinə başlanılıb.

Həmin tarixdən vergi ödəyiciləri Vergilər Nazirliyinin www.e-taxes.gov.az internet səhifəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “Onlayn ödəmə ”altbölməsi vasitəsilə öz vergi ödəmələrini həyata keçrə bilirlər.

2013-cü ildən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb və həmin ildən sahibkarlıq subyektlərinin onlayn qeydiyyatında, elektron imza ilə yanaşı, ASAN imza-nın da tətbiqi həyata keçirilir.

Xidmət mərkəzlərində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi adından vergi ödəyicilərinə ASAN imza üzrə sertifikat xidmətləri göstərilir.

Qeyd edilib ki, vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aprelin 1-dək 270.758 ASAN imza sertifikatı verilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, bu ildən vergi ödəyicilərinə VÖEN xidmət mərkəzlərində fiziki şəxslərin ilkin vergi uçotu ərizələrinin emalı və şəhadətnamələrin imzalanması, möhürlənməsi və üzlənməsi ilə təqdim olunur.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.