Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015 / 12:10

“Hazırda Vergilər Nazirliyi hər növ vergi ödəyicilərinə   59 növ elekton  xidmət   göstərir”.

Xəbərlər.az -ın məlumatına görə, bunu Vergilər Naziri  Fazil Məmmədov Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən forumda bildirib.

Fazil Məmmədov qeyd edib ki, Azərbaycanda çevik və səmərəli  vergi sistemini həyata  keçirmək  üçün vahid qanunvericilik   bazası  yaradılıb:

“Bu baza yalnız iqtisadiyyatda yox, həmçinin ayrı-ayrı sahələrin  situmlaşdırılması,  yeni texnologiyaların cəlb edilməsi, sosial sahələrin dəstəklənməsi  kimi məsələlərə xidmət edir.  Geniş diaqonallı, geniş diapazonlu texniki imkanlara malik texnoloji  baza yaradılıb”.

Fazil Məmmədovun sözlərinə görə, vergi ödəyicilərinə   xidmət edən 59 növ elekton  xidmət   yaradılıb.  O, vurğulayıb ki, bu  dövlət tərəfindən vergi ödəyicilərinə  göstərilən elektron xidmətlər toplusudur. 

Nazir ölkəmizdə vergi bəyanamələrinin tətbiq edilməsi, vergi öhdəliklərinin icrası və  vergi orqanları ilə təmas imkanı verən proseslər elektronlaşdırıldığını da vurğulayıb. O,  vergi ödəyicilərinin 90 faizinin vergi bəyannamələrini elektron  şəkildə təqdim etdiyini xatırladıb.

Fazil Məmmədov bildirib ki,  son bir neçə ildə ƏDV inhisarçlığının təkmilləşdirilməsi , vergi orqanları və vergi ödəyicilərinin elektron yazışma sistemini- online kargüzarlığının təmin edilməsi, vergilərin elektron  qaydada ödənilməsi və s. bir çox innovativ texnolji yeniliklər tətbiq edilib.

Ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı, bu inkişafa adekvat olan vergi inzibatçlığının formalaşdırılması nəticəsində  dövlət büdcəsi  vergilərinin  və digər daxilolmaların həcmi son 15 ildə 14 dəfəyədək, qeyr-neft -qaz sektorundan  daxilolmalar 14, 4  dəfə, regionlardan daxil olmalar  isə 14, 8 dəfə artıb.


Məltəm Talıb


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.