Vergilər Nazirliyi axtarış bazasını yeniləyib

05-03-2013 / 10:50
Vergilər Nazirliyi vergi uçotuna alınmış fiziki şəxslər üzrə axtarış bazasını yeniləyib. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə nazirliyin mətbuat şöbəsindən məlumat verilib. Nazirlik bildirir ki, artıq yenilənmiş baza sayta yerləşdirilib və maraqlı şəxslər ondan tam sərbəst formada istifadə edə bilərlər.
Vergilər Nazirliyi qeyd edir ki, qeydiyyatdan keçmiş fiziki şəxslər üzrə axtarış bazası 2008-2013-cu illəri əhatə edir. Həmin dövrlərdə qeydiyyatdan keçənlər üzrə tam dolğun informasiya yerləşdirilib: «Axtarış bazasından istifadə etmək də çox asandır.
Bunun üçün ilk növbədə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə - “www.taxes.gov.az” -a daxil olmaq lazımdır. Bu zaman müvafiq bölməni tapıb ona daxil olduqdan sonra açılan pəncərədə ad və VÖEN üzrə axtarış aparmaq mümkündür.
Qeyd edək ki, nazirlik sözügedən bazada axtarışları asanlaşdırmaq üçün «Videobələdçi» rolikini də hazırlayıb. Bu videorolikdə istifadəçilər axtarış bazasında işləməyi daha asanlıqla mənimsəyə bilərlər. Məlumat üçün bildirək ki, videobələdçi axtarış səhifəsində lap yuxarıda və mərkəzdə yerləşir».

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.