Vergilər qəzetinin yenilənmiş saytı fəaliyyətə başladı

10-01-2019 / 10:12

Azərbaycan Vergilər Nazirliyinin “Vergilər” qəzetinin saytı yenilənərək fərqli, daha müasir dizaynda və yeni keyfiyyətdə təqdim olunub.

Xeberler.az  bildirir ki, www.vergiler.az ünvanında yerləşən saytın məqsədi əhalinin, sahibkarların vergilər sahəsində aparılan islahatlar, qəbul olunan qərarlar barədə operativ məlumatlandırılmasıdır.

Sadə və anlaşıqlı interfeysə malik olan “Vergilər” saytında nazirliyin elanları, ölkədə keçirilmiş hərraclar barədə məlumatlar, dövrlər üzrə müxtəlif hesabatlar dərc olunur.

Bununla yanaşı, saytın “Xəbərlər” bölməsinə daxil olan istifadəçilər təkcə ölkədə deyil, ümumilikdə dünyada vergi siyasəti sahəsində aparılan son islahatlar barədə ətraflı məlumat ala bilərlər.

“Vergilər” saytının “Məqalələr” bölməsində isə təkcə nazirliyin mütəxəssisləri deyil, həmçinin, müxtəlif müstəqil ekspertlərin vergi sahəsində aparılan islahatlarla bağlı fikirləri ilə tanış olmaq mümkündür.

Əhalinin məlumata çıxışının daha da asanlaşdırılması üçün Vergilər Nazirliyinin fəaliyyəti haqqında video və fotomateriallar, nazirlik nümayəndələrinin yerli telekanallara müsahibələri, açıqlamalarını əks etdirən məlumatlar da “Vergilər” saytında yerləşdirilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.