Vətəndaş “online” rejimdə nazirlikdə qəbul edilib

05-08-2010 / 10:00

Avqustun 2-də ilk dəfə olaraq internet vasitəsilə canlı video bağlantı ilə İqtisadi İnkişaf Nazirliyinin məsul şəxsi vətəndaşı “online” rejimində qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qurumun yenilənmiş internet səhifəsində “Vətəndaşlarla canlı əlaqə” səhifəsi yaradılıb. Saytın bu bölməsindən istifadə etməklə vətəndaşlar nazirliyin inzibati binasına gəlmədən, internetə çıxış imkanı olan istənilən yerdən qurumun vəzifəli şəxsləri ilə canlı əlaqə yarada bilərlər.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq elektron imza İqtisadi İnkişaf Nazirliyinin korporativ informasiya sistemində tətbiq edilib. Bundan başqa, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin “Özəl sektora dəstək proqramı” çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən www.b2b.az elektron ticarət portalı yaradılıb.

mənbə lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə