Vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

13-04-2015 / 11:41

Mart ayında ölkə vətəndaşları “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 6123  dəfə istifadə edib.

Xəbərlər-in məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.

Sözügedən elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC, BOKT “İdeal Kredit” MMC və “Azərbaycan Lizinq  Şirkəti” MMC  faydalanmaqdadır.

Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Adları qeyd olunan banklara, bank olmayan kredit təşkilatlarına və lizinq şirkətinə müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.