Viber Windows sistemindən imtina edib

02-03-2017 / 12:54

Viber şirkəti messencerin Windows əməliyyat sistemləri üçün yeni versiyalarını çıxarmaqdan imtina etmək niyyətindədir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, "şirkətimizin məhdud resurslarından maksimum səmərəli üsulla istifadə etmək üçün Windows Phone 10 və Windows 10 üçün hər hansı yeniləmələrin çıxarılmasından imtinaya dair qərar verdik. Yaxın gələcəkdə yeni versiyaların çıxarılması ilə bağlı planımız yoxdur. Planlarımızda dəyişiklik olduğu halda biz bu barədə xəbərdarlıq edəcəyik" – Viber şirkətinin nümayəndələri bildiriblər.

Beləliklə, populyar messencerin yaradıcıları  iOS və Android mobil platformalarına daha böyük önəm veriblər. Viber messencerinin Windows üçün cari versiyası, çox güman ki, sonuncu olacaq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.