Video müsabiqənin qalibləri mükafatlandırılıb

21-02-2017 / 10:55

"Məktəblinin Dostu" pilot layihəsinə daxil olan məktəblər arasında "ON/OFF" video müsabiqəsi keçirilib.

Müsabiqə şagirdlərin təlim prosesinə marağının artırılması, məktəblilərin təlim-tərbiyəsi işinin daha yaxşı təşkili və intellektual inkişafının təmin edilməsi məqsədilə təşkil olunub.

Təhsil Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, müsabiqənin yekunlarına görə, iştirakçı məktəblər 5 nominasiya üzrə mükafatlandırılıb.

Paytaxtdakı 308 (Jurinin ən çox bəyəndiyi "ON/OFF" video), 117 (İstifadəçi rəyinə görə ən çox bəyənilən "ON/OFF" video), 5 (“Məktəblinin dostu” layihəsi rəhbərliyinin bəyəndiyi "ON/OFF" video),  63 (Təhsil Nazirliyinin bəyəndiyi "ON/OFF" video) və 3 nömrəli tam orta məktəblər (ASAN Xidmət-də ən çox bəyənilən "ON/OFF" video) müsabiqənin qalibi olublar.

Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir.

 Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.