Videokonfrans üçün dron

15-08-2016 / 16:11

Amerikanın Google şirkətinin mütəxəssisləri videokonfransların keçirilməsi üçün xüsusi dron hazırlayırlar.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, yeni pilotsuz təyyarə istifadəçilərə drona quraşdırılmış kamera vasitəsilə videokonfransa qoşulmağa imkan verəcək və beləliklə onlar hadisələrin birbaşa iştirakçısına çevriləcəklər.

Sözügedən dronun hazırlanmasında heç bir kənar qurğudan istifadə edilməyəcək. Pilotsuz təyyarə enerji ilə doldurulmadan havada uzun müddət qalacaq, kamera isə rəqibləri ilə müqayisədə daha keyfiyyətli olacaq.

Şirkətin təkmilləşdirilmiş pilotsuz uçuş aparatının istifadəyə verilmə tarixi hələ ki, məlum deyil.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə