Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016 / 10:28

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, iclasda çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  Viki-Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə,  ötən müddət ərzində Vikipediyada Azərbaycanın tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə bağlı dolğun məlumatların yerləşdirilməsi, bu mühitdə toplanan informasiyanı, baş verən prosesləri analiz etmək, təsnifatlaşdırmaq üçün elmi araşdırmaların aparılması, əhali arasında Vikpediyanın populyarlaşdırılması, vikipediyada işləmək üçün zəruri bilik və vərdişlərin aşılanması, AMEA-nın qurumlarının bu layihəyə fəal şəkildə qoşulmasının təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Sonda AMEA Rəyasət Heyətinin qərarına əsasən, Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında hesabatı təsdiq edilib. AMEA İnformasiya Texnologiyaları İnstitutuna Viki-Mərkəzdə viki-qrupların treninqi, vikimetrik araşdırmaların aparılması, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqi istiqamətində görülən işlərin davam etdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə