Vikipediya-da Azərbaycan həftəsi başlayıb

26-04-2016 / 11:27

Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediya-larda, o cümlədən az-vikidə, 21 mart - 31 may tarixləri arasında davam edən "Vikibahar 2016" məqalə müsabiqəsində bu həftə Azərbaycan həftəsidir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, müsabiqədə iştirak edən digər ölkələrin vikipediyaçıları may ayının 1-dək ölkəmiz haqda bir sıra əhəmiyyətli mövzuları əhatə edən məqalələr yaradacaqlar.

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu müsabiqədə iştirak edən dillərdən hər hansı birini bilən azərbaycanlıları həmin dildəki Vikipediya-da ölkəmiz haqda məqalələr yazmağa dəvət edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə