“Vikipediya” mürəkkəb axtarış sorğularının emalına başladı

09-04-2012 / 14:52
Kalyari Universitetində çalışan dosent Maurisio Atsori və Los-Ancelesdə yerləşən Kaliforniya Universitetində işləyən professor Karlo Saniolo “SWiPE” adlı xüsusi modul hazırlayıblar. 
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata əsasən, bu modul sayəsində “Vikipediya” internet-ensiklopediyasının axtarış sistemi daha mükəmməl olacaq.Məsələn, istifadəçilər "son 25 il ərzində “Oskar” mükafatını alan 30 yaşa qədər aktyorların siyahısı" sorğusuna dair dərhal nəticə əldə edəcəklər.
Qeyd edək ki,  “SWiPE” modulu “DBpedia” layihəsi əsasında hazırlanıb və texniki çətinlik səbəbindən adi istifadəçilər üçün əlçatmazdır.
Tərtibatçılar hazırladıqları modulu Fransanın Lion şəhərində keçiriləcək “World Wide Web 2012” sərgisində təqdim etməyə hazırlaşırlar. Modulun “Vikipediya”ya inteqrasiya edilməsi müddəti haqqında hələ ki informasiya yoxdur.
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə