Virtual kart tələbələrin istifadəsinə verildi - Azərbaycanda ilk

14-10-2015 / 11:40

Bir müddət  əvvəl məlumat vermişdik ki, Azərbaycan Dövlət Aqrar Universitetində ölkədə ilk dəfə Virtual Universitet Kart sistemi yaradılır.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, artıq virtual kartlar -elektron tələbə bileti hazırdır və tələbələrə təqdim olunub.

Məlumatda qeyd edilir ki, “card reader” (kart oxuyucusu) avadanıqları yaxın günlərdə universitetin hər bir şöbəsində quraşdırılacaq. Bundan sonra tələbələrə  virtual  kartın həllər paketi  təqdim olunacaq .

Qeyd edək ki, virtual kartlar maqnitlidir. Belə ki, tələbələr bu kart ilə təhsil müəssisəsinin  şöbələrindən onlara lazım olan məlumatları  şöbələrdə yerləşdirilmiş “card reader” (kart oxuyucusu) vasitəsi ilə əldə edəcək.

Tələbələr kartları oxuyucu cihazlarına yaxınlaşdıranda cihaz informasiyaları birbaşa çap  edəcək. Sistem isə tələbə bazası ilə  çalışacaq. Kartların üzərində tələbənin elektron anketinin kodu da olacaq. 

Kartla  sistemə giriş isə tələbənin şəxsiyyət vəsiqəsinin kodu ilə mümkün olacaq.

Universitetdən Xeberler.az-a bildirilib ki, tələbələr təqaüdlərini virtual kartla alacaqlar. Həmçinin bu tətbiq universitetin işci heyəti və müəllimləri üçün də nəzərdə tutulub. Sistemə bu il e-sənəd xidməti də əlavə ediləcək.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə