Virtual limonad

30-03-2017 / 13:18

Dad və qoxunu internet vasitəsilə ötürmək mümkün olacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, Sinqapur Milli Universitetinin tədqiqatçıları limonadın dadını İnternet vasitəsilə ötürməyə imkan verən sistem hazırlayıblar.

Göndərən şəxs içkinin turşuluq dərəcəsinin müəyyən edilməsi üçün sensor yerləşdirilmiş əsl limonaddan istifadə edir. Sistemə həmçinin müvafiq olaraq, içkinin rənginin ötürülməsi üçün rəng sensoru daxil edilib.

Qəbul edən şəxs isə RGB işıqlandırma və elektrodlarla təchiz olunmuş xüsusi fincandan istifadə edir. Fincana adi su tökülür. Tərkibin dequstasiyası zamanı istifadəçi elektrodlara dili ilə toxunmalıdır.

Onlar zəif elektrik impulslarının köməyilə ağızda orijinal içkinin turş dadını canlandırır.

Sistemin sınaqdan keçirilməsi üçün cəlb olunmuş 13 könüllü dili ilə fincanın elektrodlarına toxunaraq sarı, yaşıl və bulanıq ağ rəngli əsl, həm də virtual limonadı dadıblar.

Tədqiqatçılar onlara fincandakı tərkibin əsl və ya virtual limonad olması barədə məlumat verməyiblər. Könüllülər əksər hallarda əsl limonadın daha turş olduğunu bildiriblər. Müəlliflər güman edirlər ki, dadın subyektiv qəbuluna işıqlandırmanın parlaqlığı təsir edə bilər.

Tədqiqatçıların sözlərinə əsasən, dad və iybilmənin stimulyasiyası olmadan orijinal içkinin dadı və qoxusunun uyğunluğunun ötürülməsi qeyri-mümkündür. Buna görə də onlar gələcəkdə sistemin bu istiqamətdə təkmilləşdirilməsi ilə məşğul olmaq niyyətindədirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə