Virtual reallıq funksiyasına malik ilk kinoteatr

18-02-2017 / 10:34

ABŞ-ın Los-Anceles şəhərinin sakinləri və qonaqları artıq film və qısametrajlı videoçarxları IMAX kinoteatrında virtual reallıq formatında izləyə biləcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu film seanslarının virtual reallıq texnologiyası ilə təqdim edildiyi ilk müəssisədir.

Kinoteatrın əsas üstünlüyü ondan ibarətdir ki, burada bütün qurğular virtual reallıq rejimində işləyir. Kinoteatrda müxtəlif qurğular və imkanlarla təchiz edilmiş 14 otaq təqdim olunur.

IMAX-ın rəhbərliyi virtual reallıq rejimində film izləmək üçün qarnitür və qurğuları Yaponiya və Çin də daxil olmaqla, onlarla ölkədən əldə edib.

ILMxLABs, Sony, Lionsgate, Starbreeze, Survios və Ubisoft şirkətləri artıq Los-Ancelesdə yerləşən bu kinoteatrı filmləri izləmək üçün hazır məhsulla təmin etmək barədə istəklərini bildiriblər.

İstifadəçilər lazımi qurğuları özləri sərbəst seçə bilərlər. 1 seansın qiyməti 7-10 dollar arasında dəyişəcək. Kinoteatrda eynək, şlem, geyim, kreslo və jiletlər var və onlara yeni texnologiyalar əlavə ediləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə