Virtual reallıq kioskları istifadəyə verilib

25-12-2017 / 10:16

Fransada yerləşən Monument des Fraternisations tarixi abidəsinin yanında Timescope layihəsi çərçivəsində virtual reallıq kioskları istifadəyə verilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, layihə turistlərin vizual olaraq müxtəlif dövrlərə gedə bilmələri üçün real tarixi əhəmiyyətli yerlərin yaxınlığında virtual reallıq zonalarının yaradılmasını nəzərdə tutur.

Hazırda Fransada 15 belə kiosk əlçatandır. Onların hazırlanma sürəti texnologiyalar və ya investisiyalardan deyil, rəssam və dizaynerlərin işindən asılıdır.

Belə ki, onlar arxiv şəkilləri, xəritə və təsvirlər əsasında tarixi yer və hadisələrin real üçölçülü modellərini yaradırlar.

Virtual reallıq kioskunun istifadəçiləri stasionar binoklların köməyilə ətraf yerlərin görünüşünün analogiyası üzrə virtual məkanları nəzərdən keçirə bilərlər. Kiosklar pis hava şəraitindən qorunur.

Onu da qeyd etmək lazımdır ki, layihə müəllifləri keçmişə ekskursiya ilə yanaşı, artıq gələcəyə virtual səyahətlər də yaradırlar.

Timescope texnologiyasını növbəti ilin başlanğıcında Las-Veqasda keçiriləcək CES 2018 – Beynəlxalq elektronika sərgisi zamanı tam qiymətləndirmək mümkün olacaq. 2018-ci ilin sonunadək tanınmış turizm obyektlərinin yaxınlığında ən azı 100 belə kioskun istifadəyə veriləcəyi gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə