Virtual relslər üzərində hərəkət edən qatarlar

16-06-2017 / 17:56

Çinin CRRC şirkətinin mütəxəssisləri relslərə ehtiyac duymayan şəhər qatarları istehsal ediblər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, elektrik nəqliyyatının bu növü adi asfalt döşənmiş yollar üzərində hərəkət etmək imkanına malikdir. Belə ki, o, xüsusi tənzimləyicilərin köməyilə yalnız müəyyən yolu izləyərək virtual relslər üzərində hərəkət edə bilir.

ART (Autonomous Rail Rapid Transit) qatarının hər vaqonu 9 metr uzunluğa malikdir. Üç vaqonlu qatar bir dəfəyə 300 sərnişinə qədər daşımağa qadirdir. Qatarda vaqonların sayının çoxaldılması sərnişinlərin sayını 500-ə qədər artırmağa imkan verəcək. Onun maksimal surəti saatda 70 km təşkil edir.  Akkumulyator batareyalarının bir dəfə yüklənməsi 40 km yol hərəkət etmək üçün kifayət edir.

Hələlik qatarın avtomatik idarə etmə sistemləri, toqquşmaların qarşısının alınması sistemi və s. haqqında məlumat verilmir.

Bununla yanaşı, qatarda insan-sürücü üçün kabinə də mövcuddur. Ona görə də hazırda qatarın avtonomluq səviyyəsi haqqında fərziyyə irəli sürmək çətindir.

CRRC şirkətinin planlarına əsasən, ART qatarının növbəti ildə 6,5 kilometr məsafəni əhatə edən ilk eksperimental sınaqları aparılacaq.  

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.