Virtual Səsvermə sistemində 82 min istifadəçi səs verib

17-10-2015 / 15:44

Xeberler.az-ın Virtual Səsvermə sistemində yenilənmələr edilib.

Belə ki, sistemdə yalnız MSK İnformasiya Mərkəzinin rəsmi saytında hazırda qeyd edilən namizədlərin adları saxlanılıb.

Deputatlığa namizədliyini geri götürənlər və MSK-nın rəsmi resursunda adları qeyd olunmayan namizədlər və onlara verilən səslər Virtual Səsvermə sisteminin bazasından  silinib.

Diqqətə çatdıraq ki, namizədliyini geri götürənlərlə bağlı məlumat MSK rəsmi saytında öz əksini tapandan sonra Virtual Səsvermə bazasından silinir.

Xəbər verdiyimiz kimi,  Virtual Səsvermə sistemində müntəzəm olaraq yenilənmələr edilir və sistemin təhlüksəzilyinin qorunması istiqamətində addımlar atılır.

Məlumat üçün bildirək ki, Virtual Səsvermə sistemində indiyədək 82 min istifadəçi onlayn səs verib.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə