Virtual Səsvermə sistemində ən çox səs toplayan namizədlərin - SİYAHISI

30-10-2015 / 13:27

Artıq 20 gündür ki, Parlament seçkiləri ilə bağlı Xeberler.az İKT Portalının Virtual Səsvermə sistemi fəaliyyət göstərir.

Dairələr üzrə deyil, bütövlükdə İnternet istifadəçilərinin rəylərini öyrənməyi nəzərdə tutan Virtual Səsvermə sistemi qısa müddətdə internet ictimaiyyətinin, deputatlığa namizədlərin və onların seçki qərargahlarının diqqətini cəlb edib.

Sosial mediada olan yazışma, paylaşma və müzakirələr də onu göstərir ki, Virtual Səsvermə sistemi ölkədə seçicilərin də aktivliyinin artırılmasına, seçki mühitinin canlanmasına müsbət təsir edib. İndiyədək təxminən 115 min istifadəçi Virtual Səsvermədə iştirak edib.

Artıq Xeberler.az Virtual Səsvermə sistemində hər bir dairə üzrə ən çox səs toplayan deputatlığa namizədlərin siyahısı yerləşdirib. Məlum olduğu kimi, bu gün ölkədə parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın son günüdür. Odur ki, Virtual Səsvermə sistemində bu gün saat 00.00–da səsvermə dayandırılacaq.

Həmçinin də hər bir dairə üzrə depupatlığa namizədlərin topladıqları səslərlə bağlı məlumatlar saytdan yığışdırılacaq.

Seçkidən sonra Xeberler.az Virtual Səsvermənin nəticələri haqqında məlumat təqdim edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə