Viruslarla bağlı xəbərdarlıq

09-06-2015 / 12:45

Son zamanlarda aşkar olunan təhlükələrdən biri şəkillər vasitəsilə kompüterlərin virusa yoluxdurulmasıdır.

Xəbərlər-in verdiyi məlumata görə,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib ki,  İnternet istifadəçilərinə göndərilən normal görünüşlü şəkillərin arxa fonunda yerləşən ziyanverici proqramlar istifadəçilərin xəbəri olmadan kompüterlərini asanlıqla sıradan çıxara bilər.

“Stegosploit adlandırılan bu vasitə ilə bədniyyətlilər zərərli kodu şəklin pikselində gizlətməyə nail olurlar. Bu yolla ziyanverici proqramı gizlətməyə müvəffəq olan şəxs həmin şəkli qarşı tərəfə göndərir və istifadəçi şəkli açdığı andan etibarən kompüteri ziyanverici proqrama yoluxmuş olur”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bədniyyətli üçün ziyanverici proqramı şəklin pikselində gizlətmək, onu e-poçt əlavələrində, pdf və ya başqa formatda saxlamaqdan daha əlverişlidir.

Kompüterinizin bu cür virusa yoluxmaması üçün ETM sizə naməlum e-poçt ünvanından və ya sosial şəbəkələrdə paylaşılan və ya sizə göndərilən hər şəkil formatında olan faylları açmamağınızı eləcə də, kompüterinizə yükləməməyi tövsiyə edir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.