Vista SP2-nin yeni imkanları

27-10-2008 / 13:30
Qeyd edək ki, Windows Vista-nın birinci versiyası üçün yenilənmələr arıq yarım il bundan əvvəl çıxmışdı. Indi isə Microsoft ikinci paketin hazırlanması ilə məşğuldur.
Şirkətin Windows məhsulları üzrə vitse-prezidenti Mayk Neş rəsmi bloqunda gözlənilən yeniliklər barədə xəbər verib.
SP2 özünə bütün SP1-dən sonra çıxan yenilənmələri və ödəmələri daxil edəcək. Bununla yanaşı, Microsoft bir neçə yeni funksiya da əlavə edəcək. Onların bəzilərini Neş söyləyib:
• Windows Vista SP2 yeni, daha sürətli Windows Search 4.0 axtarış sürgüsünə malik olacaq;
• Bluetooth 2.1-in son xüsusiyyətləri əlavə olunacaq;
• Vista, Blu-Ray formatında disklərin yazılması imkanı ilə təchiz olunacaq;
• Wi-Fi simsiz şəbəkə quraşdırılmasının asanlaşdırılması üçün Windows Connect Now (WCN) təqdim olunacaq;
• SP2-də exFAT fayl sistemi əlavə olunacaq ki, onun köməyilə fayllara Qrinviç üzrə beynəlxalq formatda tarix yazılacaq. Bu da faylları müxtəlif saat zolaqları arasında səhvsiz sinxronlaşdırmağa kömək eədəcək.
Neşin sözlərinə görə, Windows SP2-nin beta versiyası vaxt məhdudiyyəti ilə 29 oktyabrda təqdim ediləcək. Final versiyanın təqdimatı isə müştərilərin və tərəf müqabillərinin rəyindən asılıdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə