WannaCry virusu 74 ölkənin sistemini iflic edib

18-05-2017 / 10:40

Məlumat verdiyimiz kimi, mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb.

Belə ki, WannaCry adlandırılmış bu virusun əsasən  Windows əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Məsələ hazırda dünya İT sektoru vəmediasında ciddi müzakirə edilir.

Ekspertlər virus ilə bağlı fikirlərini bölüşüb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Kaspersky Lab  şirkətinin mütəxəssisləri  dünyanın 74 ölkəsində sistemlərə müdaxilə məqsədilə WannaCry virusundan istifadə edildiyini vurğulayıb.

Ekspertlər bildirir ki, kibercinayətkarlar kompüterlərə müdaxilə üçün Security Bulletin MS17-010 sistemində aşkar edilmiş boşluqdan istifadə edib.

Qeyd edilir ki, onlar əldə etdikləri  faylları blokdan çıxarmaq üçün pul tələb edib. Bu ödəniş isə elektron valyuta növü olan Bitcoin vasistəsi ilə tələb edilib.

Bildirilir ki, hücum nəticəsində Böyük Britaniyada tibb müəssisələrinə böyük zərər dəyib.

Microsoft şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı Microsoft Security Bulletin MS17-010 – Critical adlı yenilənməsi mövcuddur. Sistemi qorumaq üçün bu üsullardan istifadə etmək lazımdır.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.