Wayra Pitch Day üçün seçilmiş layihələr açıqlandı

01-04-2016 / 16:40

Məlumat  verdiyimiz kimi, bir müddət əvvəl Bakcell şirkəti AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Qeyd etdiyimiz kimi, Bakcell Wayra UK, ilə əməkdaşlıq çərçivəsində  mobil developer layihəsi ilə bağlı startaplar üçün böyük tədbir təşkil etməyə hazırlaşır.

Sözügedən Wayra Pitch Day tədbiri aprelin 2-də  Yüksək Texnologiyalar parkında keçiriləcəyi barədə məlumat vermişdik.

Bakcell-dən Xeberler.az-a verilən məlumata görə, Wayra Pitch Day-in vaxtı dəyişdirilib.

Belə ki, tədbir aprelin 4-də, saat 15:30-da YTP-da baş tutacaq.

Məlumatda qeyd edilib ki, Pitch Day-də 11 layihənin qeydiyyatı təsdiqlənib.

Belə ki, Wayra Pitch Day-də iştirak üçün Flapus, QuizMindUp, Braille Pad, Alkredit.az, FoodLook, Kvotter, Ustam, MobChannel, Spinal, Shrippy, Tradimum layihələri seçilib.

Artıq komandalara təqdimatla bağlı təlimlərə də başlanıb.

Qeyd edək ki, seçilmiş ideyalar və layihələr AppLab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.

Wayra şirkəti  hər seçilmiş layihəyə investisiyaları 50 min dollar dəyərində yatırım edəcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.