“WeBlog-2” layihəsi start götürdü

10-03-2011 / 15:52

“İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin  “WeBlog” layihəsinin bağlanış  və eyni zamanda “WeBlog-2” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və qonaq olaraq USAN (AS Azerbaijan network) sədri Adil Bağırov iştirak edib. Ceyhun Osmanlı  Adil Bağırovu iştirakçılara təqdim etmiş və “WeBlog” layihəsi haqqında qonağı məlumatlandıraraq gənclərin informasiya müharibəsində aktivliyi, həyata keçirdiyi layihələr haqqında danışmışdır. Sonra qonağı  iştirakçıların öhdəsinə buraxıb.                                   

USAN (AS Azerbaijan network) sədri Adil Bağırov “WeBlog-2” layihəsinin iştirakçılarına  “Azərbaycanın Ermənistanla informasiya mühəribəsində yeni üsullar və texnologiyalar” mövzusunda gəclərlə seminar keçdi. Gənclər tərəfindən verilən sualları cavablandıraraq onları daha da aktiv olmağa və yeni-yeni birgə layihələr keçirməyi təklif etmişdir. Ümumilikdə görüş gənclərin böyük marağına səbəb oldu.

Eyni zamanda bu tədbirdə  “WeBlog” layihəsini uğurla başa vuranlar şəhadətnamə ilə təltif olundu.

Xatırladaq ki, “WeBlog-2” layihəsində iştirak etmək üçün 70 nəfər gənc müraciət edib, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanıb.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə