WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu

16-03-2018 / 16:25

Məlum olduğu kimi, bir müddətdir WhatsApp-ın şəxsi məlumatları Facebook ilə paylaşması məsələsi ciddi müzakirə edilir.

Belə ki, 2016-cı ildən Avropa WhatsApp-dan bu fəaliyyəti dayandırmağı tələb edir. Qeyd edilən məsələ ilə bağlı dəfələrlə şirkətə xəbərdarlıq edilib.

Nəhayət WhatsApp bu təkidləri nəzərə alaraq ortaq bir qərar qəbul edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, WhatsApp mayın 25-nə qədər Avropalı istifadəçilərin heç bir məlumatını Facebook ilə paylaşmayacağına söz verən müqavilə imzalayıb.

Belə ki, mayın 25-də Avropada istifadəçilərin rəqəmsal hüquqlarını qoruyan “Ümumi Məlumatların Mühafizəsi ilə bağlı Tənzimləmə (GDPR)” siyasəti həyata keçiriləcək.

Bununla da WhatsApp bütün məlumat paylaşmını GDPR tərəfindən hazırlanan çərçivədə həyata keçirəcək.

Günel İlqar


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.