WhatsApp-a daha bir vacib funksiya əlavə edilir

29-04-2016 / 12:40

 WhatsApp-a istifadəçiləri sevindirəcək daha bir funksiya əlavə edilir.

Xeberler.az-ın xarici mediaya istinadən məlumatına görə, artıq platformada ZIP sənədlərini də göndərə biləcəksiniz.

İnternet dünyasında ən çox istifadə edilən proqramlarından olan ZIP sayəsində istifadəçilər böyük ölçülü sənədləri də kiçik həcimlə WhatsApp-la göndərə biləcək.

Bu özəlliyin PDF-ə görə ən böyük üstünlüyü bütün sənədlərin göndərilməsinin mümkün olmasıdır.

Bununla yanaşı, yaxın zamanda platformaya səsli axtarış özəlliyinin bir parçası olaraq ‘Səsli mesaj yazmaq” və “Səsli mesaj göndərmək” funksiyası da əlavə ediləcək. Yəni, telefona zəng edəndə qarşı tərəfin telefonu qapalı olduğu zaman “Siqnal səsindən sonra səsinizi yazın”  kimi fəaliyyətin WhatsApp versiyası olacaq.

Xatırladaq ki, bir müddət öncə platformaya PDF sənədlərin göndərilməsi funksiyası da əlavə edilmişdi. 

Bu yeniliklərin ilk olaraq iOS platformasına gəlməsi gözlənilir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə