WhatsApp-a yeni funksiya əlavə edildi

02-08-2016 / 13:37

WhatsApp-a daha bir yeni funksiya əlavə edilib.

Xeberler.az xarici mediaya istinadən məlumat veri ki, indi cavab vermək istədiyiniz mesajı seçərək birbaşa o mesaja cavab verə biləcəksiniz.

Bu funksiya  Twitter-dəki  Tweet-lərdən sitat gətirərək  ReTweet  etmə fəaliyyətini xatırladır.

Artıq WhatsApp-a da mesajdan sitat gətirmə funksiyasını əlavə edilib. Bununla da cavab vermək istədiyiniz mesajı seçib sitat gətirərək cavab verə bilərsiniz.

Bu yeni funksiyadan istifadə etmək üçün isə  cavab vermək istədiyiniz mesajı seçərək yuxarıda göstərilən kimi  geriyə doğru olan ox işarəsinə klik edib , seçdiyiniz mesaja cavab verə bilərsiniz.

Qeyd edək ki, adəcə bir mesaja cavab verə bilərsiniz. Yəni, eyni anda birdən çox mesaja cavab vermək mümkün deyil. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə