WhatsApp-a yeni funksiya əlavə edilir

10-06-2016 / 17:23

WhatsApp daha bir yeni xidmət istifadəyə verir.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, WhatsApp Forward (yönləndirmə) funksiyasını istifadəyə verməyə hazırlaşır.

Yəni, əgər əvvəllər sizə gələn mesajları copy edib başqasına göndərirdinzsə, indi sizə gələn mesajları ünvanları ilə 3-cü tərəfə yönləndirə biləcəksiniz.

Bu, bir növ Twitter-də retweet funksiyasını xatırladır.

Sizə mesajı göndərən şəxs barədə də qarşı tərəfə ətraflı məlumat ötürə biləcəksiniz.

Bununla da sizə göndərilən mesajın və ya video, şəkil və səs kimi məzmunların da əslində kimə aid olduğunu qarşı tərəf  öyrənmiş olur.

Qeyd edək ki, şirkət yeni xidməti məhdud sayda istifadəçiləri üçün yalnız WhatsApp 2.16.118-beta versiyasınında təqdim edib.

Qeyd edilib ki, göndərilən mesajlarla yanaşı faylları da 3-cü tərəfə yönləndirə  biləcəksiniz. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə