WhatsApp-a yeni funksiyalar əlavə edildi

19-03-2018 / 10:42

Dünyanın ən populyar mesajlaşma platformlarından biri olan WhatsApp-a bir neçə yeni funksiyalar əlavə edilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeniliklərdən biri WhatsApp qrupları barədə ümumi məlumat almaq imkanıdır.

Belə ki, istifadəçilər daxil olduqları qrupun nə ilə əlaqəli olduğunu görə bilir.

Bununla yanaşı, istifadəçilər səs və video zəngləri arasında keçid edə bilir. Məsələn, görüntülü söhbəti saxlamağa ehtiyac olmadan səsli mesaja keçid mümkündür.

Qruplara 512 xarakterli məhdud açıqlamalar əlavə etmək üçün “Qrup Məlumatı” bölümünə daxil olub, qrupun altındakı boş şərh qutusunu doldurmaq lazımdır. Qeyd edək ki, bu məlumat yalnız qrup administratorları tərəfindən yazıla bilər.

Tətbiqə əlavə edilən digər yenilik isə istifadəçilərin qrupdakıları adları ilə axtarış edə bilməsidir. Bu xüsusiyyət çox sayda qruplar üçün nəzərdə tutulub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə