WhatsApp-a yeni funksiyalar əlavə edilir

31-08-2017 / 11:42

WhatsApp biznes sahibləri üçün yeni xidmətlər istifadəyə verib.

Xeberler.az məlumat verir ki, yeni funksiyalardan biri  biznes komandasının və ya digər brendə məxsus hesabın əsilliyini təsdiq etməyə (Verified business accounts) imkan verir. Belə ki, kontaktın adının qarşısında yaşıl işarə olanda telefon nömrəsinin biznes hesaba məxsus olduğu deməkdir.

Qeyd edək ki, funksiya  hazırda sınaq  mərhələsindədir.

Şirkət hələlik bəzi brendləri təsdiqləyib.

Digər bir yenilik  isə şirkətin nümayəndəsi ilə ünsiyyətə başlayarkən xəbərdarlıq funksiyasıdır. Belə ki, şirkət söhbət  daxilində sarı mesaj bu barədə xəbərdar edəcək.

Həmçinin, istifadəçi biznes hesabla yazışmaq istəmədikdə istənilən vaxt kontaktı bloklamaq imkanı var.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə