WhatsApp-a yeni xüsusiyyətlər əlavə edilib -Foto

04-10-2016 / 18:14

WhatsApp-ın kamera və şəkil paylaşmalarına yeni xüsusiyyət  əlavə olunub.

Xəbərlər.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə,WhatsApp kamera və şəkil bölməsinə yenilik gətirib.

Dünyanın ən populyar və ən çox istifadə edilən proqramına çevrilən WhatsApp hər  gün yeniliklər etməyə davam edir.

Xüsusilə Snapchat və Instagram–ın “hekayələr” bölümü ilə məhşurlaşan şəkillərə emoji əlavə etmə xüsusiyyəti indi WhatsApp–a da əlavə edilib. Bununla da paylaşdığınız şəkillərə emoji əlavə edə, üzərinə yazı yaza  və şəklin üzərində bəzi redaktelər edə biləcəksiniz.

Həmçinin, video çəkən zaman “zoom,  yəni yaxınlaşdırma xüsusiyyətindən də yararlanmaq mümkündür.

Kameranı çevirmək üçün isə ekrana iki dəfə toxunmaq lazımdır.

Qeyd edək ki, bu xüsusiyyət hələlik Android platforması üçün istifadəyə verilib.  Yaxın günlərdə  iOS-a da gələcəyi gözlənilir.

 

 

Məlahət Hacı 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə