WhatsApp bəzi mobil telefonlarda işləməyəcək

05-01-2017 / 09:53

WhatsApp artıq köhnə qurğuları dəstəkləməyəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki,  WhatsApp iPhone 3GS , Windows Phone 7 qurğularında, Android 2.1 və 2.2 mobil əməliyyat sistemi ilə işləyən smartfonlarda  işləməyəcək.

Ekspertlər  qeyd edir ki,  bu cihazlar artıq WhatsApp-da  gələcəkdə istifadəyə veriləcək  yeni  imkanları dəstəkləmək gücünə malik deyil.

Həmçinin, WhatsApp  Blackberry OS, Blackberry 10, Nokia S40 və Nokia Symbian S60 platformalarında 30 iyun tarixinədək işləyəcək.

Hazırda dünyada 1 milyarddan çox istifadəçi WhatsApp-dan  istifadə edir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə