WhatsApp bu şəxslər üçün qadağan edilir

25-04-2018 / 14:39

Məlumat verdiyimiz kimi, WhatsApp 16 yaşdan aşağı şəxslərin servisdən yararlanmasını qadağan etməyə hazırlışırdı.

Xeberler.az platformanın bloqunda yazılan məqaləyə istinadən bildirir ki,növbəti ay Avropa İttifaqının məxfilik qanunları yenilənərək internetdə informasiyanın istifadəsində daha çox şəffaflıq tələb edəcək.

Qeyd edilir ki, servisdən istifadə üçün Avropa regionu ölkəsində yaşayanların azı 16 yaşı olmalıdır.
 
Messencer inzibatçıları tərəfindən istifadəçinin qeydiyyatdan keçən zaman yaşının necə təsdiq ediləcəyi barədə məlumat verilmir.
 
Bildirilir ki, digər ölkə istifadəçiləri yerli qanunvericiliyə ziddiyyət təşkil etməyəcəyi təqdirdə 13 yaş tamam olandan sonra messencerdən istifadəni davam etdirə biləcəklər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə