WhatsApp-da pul göndərə biləcəksiniz-Yenilik

11-08-2017 / 11:59

WhatsApp daha bir yeni xidmət istifadəyə verir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu yenilik  platformanın Android üçün son beta-versiyasındadır.

Əlavə edilən “Payments” funksiyası istifadəçilərə birbaşa WhatsApp-da pul göndərməyə və qəbul etməyə imkan verəcək.

Məlumata görə, köçürmələr banklararası ödəmə sistemi olan UPI vasitəsilə həyata keçiriləcək. Yeni funksiya barədə hələlik detallı məlumat paylaşılmır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə