WhatsApp-da yenilik

19-10-2017 / 10:33

WhatsApp istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadın məlumat verir ki, “Live Location” adlanan funksiya servisin hazırkı sahibi - Facebook şirkətindən götürülüb.

Yeni funksiyadan yaxın vaxtlarda həm iOS, həm də Android qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı Messenger-də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, “Live Location” funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində “+”, daha sonra “Location” düyməsini basdıqdan sonra yeni “Live Location paylaşma” funksiyası görünməyə başlayacaq.

Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra “Göndərmək” düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.

WhatsApp nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, “Live Location” də “End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə