WhatsApp daha bir yenilik edir

27-06-2017 / 12:07

WhatsApp yeni xidmət istifadəyə verməyə hazırlaşır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, platformada istifadəçiləri bir-biri ilə istənilən formatlı faylları paylaşa biləcək.

Qeyd edilir ki, faylın tutumuna məhdudiyyət tətbiq ediləcək.

Məlumata görə, göndərilərn faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. Belə ki, WhatsApp-ın Android üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, iOS istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.

WhatsApp bu xidməti artıq məhdud sayda istifadəçilərlə test etməyə başlayıb. Adi istifadəçilər üçün isə yeniləmə yaxın həftələrdə təqdim ediləcək.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə