WhatsApp daha bir yenilik etməyə hazırlaşır

20-12-2016 / 10:37

WhatsApp istifadəçilərinin əksəriyyəti mesajları tələsik göndərdikdə avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşüb.

Bəzi messencerlərdə göndərilmiş mesajları silmək mümkün olsa da, bu, böyük tutumlu məlumatlar olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki,  tezliklə WhatsApp messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq.

Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Əvvəllər WhatsApp-da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi.

Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər.

Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, WhatsApp dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara Facebook sosial şəbəkəsinə satılıb.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə