WhatsApp-dan daha bir yenilik

19-01-2018 / 23:15

WhatsApp şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə tutulan yeni WhatsApp Business messencerini istifadəyə verib. Bu barədə şirkətin bloqunda deyilir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, resursuna istinadən yazır ki, yeni proqramda istifadəçilər biznes profilinin yaradılması funksiyasından yararlana biləcəklər.

Müştərilər profildən istifadə etməklə şirkət, elektron poçt, internet səhifəsi və ya fiziki ünvan haqqında məlumat əldə edəcəklər. Akkaunt "biznes hesabı" kimi qeyd ediləcək, telefon nömrəsi yoxlanıldıqdan sonra isə "yoxlanılmış biznes akkauntu" kimi göstəriləcək.

WhatsApp Business əlavəsində, həmçinin statistika təqdim olunacaq. Məsələn, akkaunt istifadəçisi müxtəlif ünsiyyət üsullarının məhsuldarlığının qiymətləndirilməsi üçün oxunan məlumatların sayı haqqında informasiya ilə tanış ola biləcək.
Bundan başqa, əlavədə bildirişləri idarə etmək, eləcə də bir neçə qrupa bölmək mümkün olacaq.

Hazırda İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ-da yüklənilən Android əməliyyat sistemi üçün nəzərdə tutulan əlavənin yaxın həftələr ərzində başqa ölkələrdə istifadəyə veriləcəyi gözlənilir. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.