WhatsApp-dan istifadəçiləri sevindirəcək yenilik

30-10-2017 / 11:35

WhatsApp vasitəsilə göndərilən mesajlar artıq göndəricinin deyil göndərilən şəxsin telefonundan da silinə biləcək.

Dünyanın ən populyar mesajlaşma proqramlarından WhatsApp indiyə qədər istifadəçilərinə göndərdikləri mesajları silmək imkanı vermirdi. 

Belə ki, silinən mesajlar yalnız istifadəçi ekranından silinirdi, digər tərəf isə silinmiş mesajları görməyə davam edirdi.

Xeberler.az-ın məlumatına görə, tətbiqə gələn yeniləmə ilə artıq mesajların digər tərəfin ekranda görünməməsini də təmin edə bilirsiniz.

Əgər qarşı tərəfin göndərdiyiniz mesajları görməyini istəmirsinizsə, cəld davranmanlısınız.

WhatsApp mesajların alıcılara ötürülməməsi üçün mesajların "hər kəs üçün silinməsi" funksiyasını təqdim edib.

“Hər kəs üçün silinmə” funksiyası mətn mesajları, eləcə də foto, GIF, video, sənəd və səsli mesaj  göndərmək üçün tətbiq oluna bilər. Lakin istifadəçilər mesajı göndərdikdən sonra 7 dəqiqə ərzində silməlidirlər.

Hazıra bu yenilikdən müəyyən sayda istifadəçi faydalana bilir. Xidmətin yaxın vaxtda bütün istifadəçilərə təqdim edilməsi gözlənilir.

Mesajları necə silməli?

Tətbiqi qeyd edilən müvafiq funksiya ilə yenilədikdən sonra silmək istədiyiniz mesajı basın və saxlayın. Ekranın yuxarısındakı “Sil” düyməsinə toxunun. Qarşınıza çıxacaq pəncərədən “hərkəsən sil” düyməsi mesajın qarşı tərəfin telefonundan da silinməsinə imkan verəcək.

Bu funksiya həm də qrup söhbətləri üçün keçərlidir. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə