WhatsApp-dan yeni səsli mesaj xidməti

17-11-2017 / 16:44

WhatsApp daha bir yeni xidmətini sınaqdan keçirir.

Xeberler.az-ın məlumatına görə, şirkət 2013-cü ildən istifadəyə verdiyi "push-to-talk" səsli mesaj funksiyasını yeniləyir.

Qeyd edək ki, xidmət həmin vaxt istifadəyə təqdim edilsə də, funksiyada elə ciddi dəyişiklik edilməyib.

Belə ki, indi səsli mesaj yazmağa başlayan kimi WhatsApp mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys göstərəcək.

Bununla da istifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq.

Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlarınıza baxmaq imkanı olacaq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.