WhatsApp-dan yenilik

07-07-2015 / 23:29

WhatsApp iPhone üçün yeni beta versiyasını istifadəyə verib. Belə ki, Beta v2.12.5.16 versiyası bir çox yeniliklərlə diqqət cəlb edir.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni versiyada hər kəsə ayrı bildiriş səsi seçə bilmə imkanı yaradılıb. Beləliklə,  sizə kimdən mesaj gəldiyini bildiriş səsindən müəyyən edə biləcəksiniz.

Digər bir yenilik isə ondan  ibarətdir ki, tək toxunuşla bütün mesajları oxunmuş kimi qeyd etmək mümkündür. Sürətli cavab funksiyası ilə Whatsapp-ı açmadan mesajlara cavab yaza bilərsiniz.

Artıq şəxsi yazışmalarda səssiz özəllikdən-mute funksiyasından da yararlanmaq imkanınız olacaq.

Yeni versiyada, başqalarına şəkil göndərərkən onu redaktə edə bilmək imkanı da mövcuddur.

Qeyd edək ki, yeni versiya Apple istifadəçiləri üçün istifadəyə verilib. Yeniliklərin gələcəkdə digər platformalı cihazlarda da aktivləşəcəyi gözlənilir.

 

Sevinc Əsədova

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə