WhatsApp hesabını necə silmək olar?

03-02-2016 / 13:38

Xəbər verdiyimiz kimi, WhatsApp 1 milyarddan çox istifadəçiyə sahib olub. 

Bəzən WhatsApp istifadə etmək istəməyəndə proqramı telefondan silməklə kifayətlənirik.  Lakin şəxsi məlumatlarınızın təhlükəsizliyinə görə hesabın proqramdan silinməsi mütləqdir. 

Bəs WhatsApp hesabını necə silmək olar?

Xeberler.az bu sualın cavabını sizə təqdim edir.

WhatsApp hesabınızı daimi  olaraq silmək istəsəniz ? WhatsApp proqramınızda "Tənzimləmələr" bölməsindən "Hesab" hissəsinə daxil olmaq lazımdır. "Hesab" bölməsində "Hesabını sil" əmrinə daxil olduqda qarşınıza istifadə etdiyiniz nömrəni istəyən yeni bir pəncərə açılacaq. Nömrənizi daxil etdikdən sonra isə hesabınız birdəfəlik  silinəcək. 

Qeyd edək ki, WhatsApp hesabınızı sildiyiniz zaman avtomatik olaraq bütün qruplardan çıxacaq, yazışmalar, şəkilləriniz silinəcək və dostlarınızın siyahısında görünməyəcəksiz. 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə