WhatsApp-ın veb-versiyası hazırlandı

22-01-2015 / 18:07

Dünyanın məşhur WhatsApp ani məlumat paylaşımı (messencer) mobil proqramını istehsal edən şirkət onun veb-versiyasını da işə salıb.

İndi proqramı masaüstü kompüter yaxud noutbukda da istifadə etmək olar.

Hələlik o, yalnız Google Chrome brauzerində işləyir.
 
Veb-versiyada qeydiyyatdan keçmək üçün QR-kodlar sistemindən istifadə tələb olunur.
 
Bunun üçün aşağıdakı addımlar atılmalıdır :

1- Mobil telefonunuzla kompüterin qoşulduğu WiFi şəbəkəsinə qoşulun
2- WhatsApp-ın son update-ini yükləyin
3- Google Chrome browserini açın.
4- https://web.whatsapp.com/ ünvanına daxil olun
6- Telefondakı WhatsApp-ın menyusundan WhatsApp Web-i açın
7- Kompüter ekranındakı QR-kodunu oxudun.

 Yeni versiya yalnız Android, Windows Phone və BlackBerry-də işləyir. iOS (iPhone, iPad) üçün proqram hələ buraxılmayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə