WhatsApp istifadəçilərinə xəbərdarlıq edilib

12-10-2018 / 15:06

"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür. Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.

Qeyd olunan boşluğun avqustda aşkarlanmasına baxmayaraq problem əlavənin yenilənməsi ilə sentyabrın sonunda həllini tapıb. Messencerin köhnə versiyası isə təhlükə altında olaraq qalır. Bundan əvvəl "WhatsApp" əlavəsində hakerlərə məlumatları ələ keçirərək onların məzmununu dəyişməyə imkan verən boşluq aşkarlanıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.