WhatsApp məlumatlarının Facebook-a göndərilməsinin qarşısını necə alaq?

26-08-2016 / 14:03

Facebook tərəfindən satın alınmasından 2 il yarım sonra  WhatsApp artıq bir Facebook şirkəti kimi davranmağa başlayır.

Məlumat verdiyimiz kimi, dünən şirkət telefon nömrəsi və digər  istifadəçi məlumatlarını Facebook ilə paylaşmağa başlayacağını elan etdi.

Bununla da WhatsApp ilk dəfə bir xidmətini Facebook hesablarıyla əlaqəli hala gətirmiş oldu.

Yeniliklə birlikdə WhatsApp xidmətində reklam göstərməsə də, məlumatlarınızı reklam hədəfləmək üçün naviqasiya edən bir şirkət halına gəlir. Bu da dünyada  1 milyarda çatan WhatsApp istifadəçilərini narahat edir.

Bəs necə etmək olar ki, WhatsApp telefon nömərənizi Facebook ilə paylaşmasın?

WhatsApp bu yeniliyi istifadə şərtləri və gizlilik müqaviləsini yeniləyərək təqdim edib.

Belə ki, yəni tətbiqinizi yenilədiyiniz zaman WhatsApp-ın sizə bu yeniləməni bildirməsi, sizin də yeni şərtlər və gizlilik müqaviləsini qəbul etməyiniz lazımdır.

Əgər telefon nömrənizi Facebook ilə paylaşmaq istəmirsinizsə, iki variantınız var:

Bunlardan biri, gizlilik müqaviləsi yeniləndiyi zaman "Qəbul edirəm"-i seçmədən əvvəl müqavilənin "Ardını oxu" hissəsinə göz atmaq lazımdır.

Qeyd edək ki, müqavilənin davamında Facebook koordinasyonuyla əlaqədar məlumat verən WhatsApp-ın yeni müqaviləsində "WhatsApp hesab məlumatlarımı Facebook ilə paylaş" variantı işarəli olaraq gəlir. Əgər məlumatlarınızı Facebook-la paylaşmaq istəmirsinizsə, bu işarəni deaktiv etməlisiniz.

Əgər müqaviləni araşdırmadan  qəbul etsəniz, nəzərinizdən qaçsa, WhatsApp razılaşmanızı geri götürmək üçün sizə 30 gün verir. Bunun üçün tətbiqin “Parametrlər” menyusuna daxil olub, Hesab hissəsində "Hesab məlumatlarımı paylaş" qutusundakı işarəni deaktiv etmək lazımdır.

Əgər WhatsApp-ın məlumatlarınızı Facebook ilə paylaşmasından razısınızsa,  bunların heç birini etməyə ehtiyac yoxdur.

 

Günel 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.