WhatsApp məlumatlarınızı bu platformada gizlədin

21-04-2015 / 14:14

Son dövrdə bir sıra yeniliyi istifadəyə təqdim edən WhatsApp yeni distributivində Google Drive (Google saxlama vahidi) ilə inteqrasiya olacaq.

800 milyon aktiv istifadəçiyə xidmət verən WhatsApp Facebook tərəfindən satın alındıqdan sonra ciddi bir yenilənmə müddətinə girmişdi.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, keçdiyimiz həftələrdə mobil mesajlaşma tətbiqinə axtarış xüsusiyyəti gətirən və Facebook ilə inteqrasiya olmaq üçün düyməni basan WhatsApp daha bir yeni xüsusiyyətə qovuşur.

İnternetə sızdırılan bu vizual xüsusiyyət mobil cihazlarda istifadə ediləcək. WhatsApp-ın 2.12.45 nömrəli son versiyası Google Drive-la birlikdə gələcək.

Bu xüsusiyyət ilə istifadəçilərin paylaşdıqları mesaj, vizual və videoları Google Drive üzərindən avtomatik olaraq təsdiqləyən WhatsApp istifadəçilərin məlumatlarını itirmədən fərqli cihazlarla tətbiqi istifadə etmələrinə imkan yaradacaq

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə