WhatsApp messencerinə yeni funksiya əlavə olunub

04-09-2015 / 10:54

Dünyanın ən populyar WhatsApp messencerinə abunəçinin kiminlə daha çox yazışmasına müstəqil şəkildə baxmağa imkan verən yeni xüsusi funksiya əlavə edilib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, xüsusi funksiya proqram istifadəçilərinə kimin onların ən yaxşı dostu olmasını öyrənməyə imkan verir.

Funksiyadan yalnız iOS  istifadəçiləri yararlana bilər. Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri əvvəllər olduğu kimi, yalnız “Şəbəkədən istifadə” funksiyasından istifadə edə bilərlər.

WhatsApp dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti Facebook sosial şəbəkəsi 19 milyon dollara satın alıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə